...

Xaricdə klinik ordinatura təhsili almış şəxslərin növbəti imtahanlarının vaxtı açıqlanıb

Cəmiyyət Materials 31 Yanvar 2023 14:10 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2011-ci ildən sonra xarici ölkələrdə klinik ordinatura təhsili almış və 07.12.2022-ci il tarixinədək qeydiyyatdan keçmiş şəxslərin imtahanlarının keçirilməsi davam etdirilir. Belə ki, növbəti imtahanlar 4 aprel tarixindən etibarən keçiriləcək.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, imtahanın yeri və keçirilmə tarixi barədə məlumat vətəndaşın imtahana buraxılış vərəqəsində qeyd olunacaq. Buraxılış vərəqəsi imtahana ən geci 5 gün qalmış şəxsi kabinet vasitəsilə göndərilir.

Qeyd: Qeydiyyatdan keçmiş şəxslər diplomlarının etibarlılığı Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyası tərəfindən yoxlanıldıqdan sonra imtahanda iştirak edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti