...

Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2023 17:48 (UTC +04:00)
Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti dəfə vətəndaşların fərdi qaydada müraciət və təkliflərini dinləyib. Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər işlə təmin olunma, torpaq sahəsinin ayrılması, ünvanlı sosial yardım, dam örtüyünün dəyişdirilməsi və digər sosial müdafiə məsələlərini əhatə edib.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr apararaq, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti