...

“Buta Airways” Rusiyanın məşhur kurortuna uçuşlar həyata keçirməyə başlayır

Cəmiyyət Materials 2 Fevral 2023 15:00 (UTC +04:00)
“Buta Airways” Rusiyanın məşhur kurortuna uçuşlar həyata keçirməyə başlayır

Bakı. Trend:

AZAL QSC-nin tərkibinə daxil olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti yeni Bakı-Soçi-Bakı marşrutu üzrə aviabiletlərin satışını elan edir.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Soçi Rusiyanın Qara dəniz sahilində yerləşən məşhur kurortdur.

Qara dəniz sahilinə uçuşlar martın 18-dən etibarən həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Bu istiqamət üzrə biletləri aviadaşıyıcının www.butaairways.az saytında ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə) əldə etmək mümkündür. Həmçinin, aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti