...

Media subyektlərinə vergi güzəştlərinin uzadılması təklif edilir

Cəmiyyət Materials 6 Fevral 2023 11:41 (UTC +04:00)
Media subyektlərinə vergi güzəştlərinin uzadılması təklif edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Media subyektlərinə tətbiq edilən vergi güzəştlərinin 3 ildən 5 ilə qədər uzadılması təklif edilir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə komitənin bu gün keçirilən iclasında media subyektlərinə güzəştlərin tətbiqi il bağlı Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi zaman deyib.

M.Abbaszadə qeyd edib ki, media subyektlərinə tətbiq edilən vergi güzəştləri media subyektlərinin iqtisadi vəziyyətini yaxşılaşdıracaq. “Hesa edirəm ki, vergi güzəştlərinin 5 il olması media subyektlərinə daha yaxşı imkan yarada bilər, onlar fəaliyyətlərini daha yaxşı planlaşdıra bilər. Biz də gələcəkdə vergi güzəştlərinin səmərəsin necə olduğunu daha yaxşı görə bilərik”, - deyə o qeyd edib.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə gəlir vergisindən və əlavə dəyər vergisindən azad edilir.

Dəyişikliklər “Media haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti