...

Beynəlxalq səyahətçilər Ağdam mədəniyyətinin qızıl səhifələri ilə tanış olublar (FOTO)

Cəmiyyət Materials 6 Fevral 2023 12:57 (UTC +04:00)
Beynəlxalq səyahətçilər Ağdam mədəniyyətinin qızıl səhifələri ilə tanış olublar (FOTO)
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Ağdam. Trend:

Beynəlxalq səyahətçilər işğaldan azad olunmuş ərazilərimizə səfərini Ağdam dram teatrına ziyarətlə başa çatdırıblar.

Trend-in Qarabağa ezam olunmuş müxbirinin verdiyi məlumata görə, qonaqlara tarixi fotoşəkillər nümayiş olunub və qısa tarixi məlumat verilib.

Bundan başqa səyahətçilərə Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə mədəniyyətin bərpasına dair planları haqqında məlumat verilib.

Xatırladaq ki, fevralın 4-də beynəlxalq səyahətçilərdən ibarət nümayəndə heyətinin Ermənistan işğalından azad edilmiş Azərbaycan ərazisinə altıncı səfəri baş tutur.

Nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir.

Səfər zamanı nümayəndə heyəti, həmçinin, işğal dövründə ermənilərin törətdiyi vandallıqlarla, ərazilərdəki yenidənqurma işləri ilə, habelə Qarabağ regionunun təbii gözəlliyi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti