Bakı. Trend:
Türkiyədə zəlzələ zamanı itkin düşən 4 Azərbaycan vətəndaşının yeri müəyyən edilib.
Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
"Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin həyata keçirdiyi araşdırma nəticəsində haqlarında məlumat alına bilinməyən 4 Azərbaycan vətəndaşının - Səfərov Fuad Ziyad oğlu, Əsgərov Həsənqulu Elşad oğlu, Qarayev Nicat Zaur oğlu və Vəliyev Namaz Allahverdi oğlunun Malatya Geri göndərmə mərkəzində olduqları müəyyən edilib. Səfirlik əməkdaşları tərəfindən sözügedən Azərbaycan vətəndaşları ilə görüş keçirilib. Vətəndaşlar səhhətlərinin normal olduğunu bildiriblər", - deyə XİN-dən bildirilib.