Bakı. Trend:
Yelo Bank Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmişlərə yardım
məqsədilə ianə etdi. Bank, Türkiyə Daxili İşlər Nazirliyinin Təbii
Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına 100 000
AZN məbləğində vəsait köçürüb. Qeyd etmək lazımdır ki, zəlzələnin
baş verdiyi ilk gündən Yelo Bank Türkiyəyə öz dəstəyini əsirgəmədi.
Bank kollektivi zərərçəkmişlər üçün humanitar yardımda iştirak
edərək 80-dən çox qutu hazırlayıb, yardım məntəqəsinə təhvil verib.
Həmçinin dəstək olmaq istəyən müştərilər üçün də Bankın mobil
tətbiqi vasitəsilə birbaşa AFAD-a ianə
köçürmək mümkündür. Bu əməliyyatlar komissiyasız və ƏDV-sizdir.
Yelo Bank bu faciədə həyatını itirənlərin ailəsinə başsağlığı
verir, yaralılara şəfa diləyir.
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!