...

Türkiyədə zəlzələdə həlak olan tələbə Gündüz Nəzərzadə dəfn edilib (FOTO)

Cəmiyyət Materials 16 Fevral 2023 11:18 (UTC +04:00)
Türkiyədə zəlzələdə həlak olan tələbə Gündüz Nəzərzadə dəfn edilib (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri dəfn edilib.

Trend-in məlumatına görə, zəlzələ nəticəsində həlak olan Gündüz Nəzərzadə Sumqayıt şəhər qəbirstanlığında dəfn edilib.

Mərhumla evlərində vida mərasimi keçirilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Türkiyədəki zəlzələdə 10 nəfər Azərbaycan vətəndaşı da həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti