...

Ötən il korrupsiyaya görə 1 hakimin səlahiyyətlərinə xitam verilib, 2 nəfər vəzifədən azad olunub

Cəmiyyət Materials 22 Fevral 2023 19:46 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il korrupsiyaya şərait yaradan hallara və digər pozuntulara görə 1 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 nəfər tutduğu vəzifədən azad olunub.

Trend-in məlumatına görə, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında deyilib.

İclasda məhkəmələrdə qeyri-prosessual münasibətlərin qarşısının alınması, onları doğuran səbəblərin aradan qaldırılması məqsədilə Şura tərəfindən yerlərdə davamlı monitorinqlər və vətəndaşların qəbulunun aparıldığı, Şuranın “Qaynar Xəttinə” daxil olan aidiyyəti müraciətlər araşdırılmaqla vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verdiklərinə görə ötən il 160-dan çox hakimin rəsmi xəbərdar edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bütün bunlar onların fəaliyyətlərinin qiymətləndirilməsində nəzərə alınıb, təkrar pozuntulara görə intizam icraatları başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti