...

Tərtərdə şəhid ailələri və qazilər tibbi müayinədən keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2023 17:50 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutun əməkdaşları 25 fevralda Tərtər rayonunda şəhid ailələri və Vətən müharibəsi veteranları üçün növbəti tibbi-maarifləndirici aksiya keçirib.

Qurumdan Trend-ə verilən məlumata görə, tədbir zamanı EXO KQ, EKQ, nevroloji və endokronoloji müayinələr aparllıb.
TƏBİB-in tabeliyindəki Tərtər Rayon Mərkəzi Xəstəxanasında baş tutan tədbir zamanı Tərtər, Ağdam və Bərdə rayonlarından olan 200-dən artıq şəhid ailəsi, Vətən müharibəsi veteranları ödənişsiz kardıolojı tibbi müayinələrdən keçirilib.

Qeyd edək ki, aksiya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB, Tərtər İcra Hakimiyyəti, Tərtər Rayon Mərkəzi xəstəxana və “Servier” dərman şirkətinin dəstəyi ilə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti