...

Yanındayıq Türkiyə

Cəmiyyət Materials 26 Fevral 2023 11:38 (UTC +04:00)
Yanındayıq Türkiyə

Bakı. Trned:

Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 ballıq və 9 saat sonra həmin şəhərin Elbistan rayonunda 7,6 ballıq iki zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində 10 vilayətdə ciddi dağıntılara və minlərlə itkiyə səbəb olmuşdur. Faciənin baş verdiyi ilk anlardan etibarən, Azərbaycan xalqı və dövləti yekdilliklə, dağıntılar altında qalmış zərərçəkənlərə və eyni zamanda evlərindən mərhum olmuş vətəndaşlara dərhal yardım göndərməyə çalışmışdır. Bu səbəbdən, ölkənin müxtəlif şəhərlərində yardım toplama məntəqələri yaradılmış, dövlət tərəfindən müxtəlif vaxtlarda həmin şəhərlərə yardım aparan tırlar vasitəsilə ehtiyac ləvazimatları göndərilmişdir. Şəhər əhalisinin böyük bir hissəsinin iştirak etdiyi yardım toplama məntəqələrində (Əl Oyunları sarayı və İdman Konsert kompleksi)- də külli miqdarda yardım toplanmışdır.

Əlavə olaraq, Azərbaycan şirkətləri də Türkiyənin 10-dan çox ilinin sosial,iqtisadi durumunun çətinliyini nəzərə alaraq, yardım kampaniyasına qoşulmağa qərar vermişdir. İlk belə bir qərar SOCAR Türkiyə tərəfindən verilmişdir.

Azərbaycanda isə, həm dövlət həm də özəl sektorun iştirak etdiyi dəstək olmağa çağırış haqda qərarlar qəbul edilmişdir. Şirkətlər nəinki maddi yardım etmiş, hətta kampaniyalar təşkil edərək, daha çox yardımın toplanması üçün mesaj verməyə çalışmışdır.

Türkiyədə meydana gələn dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması, təbii fəlakətdən zərər çəkmiş insanlara dəstək olmaq üçün Melissa şirkətlər qrupu ("Melissa Group, Performance Center, Collezione İtalia", "NewCond") “Dəstək OL” şüarı ilə Qardaş Türkiyəyə “AFAD” xeyriyyə fondu vasitəsilə 1.000.000 TL dəyərində ianə etmişdir.
Yardım əsasən, dağılmış və yaşayışın bərpa olunacağı yerlərdə məhdud imkanlarla yaşamaqda olan Türkiyə vətəndaşları üçün nəzərdə tutulmuşdur.

Xəbər lenti

Xəbər lenti