...

İşğaldan azad edilmiş ərazilərdə 30 il sonra ilk körpə dünyaya gəlib (FOTO)

Cəmiyyət Materials 28 Fevral 2023 16:38 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Zəngilan. Trend:

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi başladığından bəri bu torpaqlarda 30 il sonra ilk körpə dünyaya gəlib.

Trend xəbər verir ki, fevralın 15-də Zəngilan rayonunun Ağalı kəndində doğulan Zeynallı Turan Teymur oğlunun valideynlərinə uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin olunub.

DOST Agentliyinin Ağalı kəndindəki “Smart DOST” məntəqəsi vasitəsilə vətəndaşa xidmət göstərilib və ona müvafiq izahatlar verilib. Ağalı kəndində yerləşən müvafiq bank filialından 500 manat məbləğində müavinət ala biləcəyi qeyd olunub.

Qeyd edək ki, uşağın atası Teymur Zeynalov Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətində çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti