...

İkinci Şəhidlər xiyabanında növbəti ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Mart 2023 15:04 (UTC +04:00)
İkinci Şəhidlər xiyabanında növbəti ağacəkmə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunda "Heydər Əliyev İli" çərçivəsində keçirilən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Şəhidlər xiyabanında növbəti ağacəkmə aksiyası keçirilib.

Müdafiə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yasamal rayon İcra Hakimiyyəti, ictimaiyyət nümayəndələri, eləcə də şəhid ailələri və yaxınlarının iştirak etdiyi aksiyada əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə vermək və ictimaiyyətin diqqətini yaşıllaşdırma işinin vacibliyinə yönəltmək, habelə şəhidlərimizin əziz xatirələrini əbədiləşdirmək məqsədilə keçirilən aksiyada həmişəyaşıl ağaclar əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti