...

Quba rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi anılır (FOTO)

Cəmiyyət Materials 31 Mart 2023 11:52 (UTC +04:00)
Quba rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi anılır (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Quba. Trend:

Qubada 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılır

Trend-in Qubaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, vətəndaşlar səhər saatlarından başlayaraq Quba Soyqırımı Memorial Kompleksinə axın edir.

Anım mərasimində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı, Əziz Ələkbərli, deputatları - Vahid Əhmədov, Hikmət Məmmədov, Azərbaycanın Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, dini konfessiyaların və yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, pedaqoji kollektivlər və məktəblilər, ictimaiyyət nümayəndələri, həmçinin Şimal bölgəsinin digər rayonlarında yaşayan sakinlər iştirak ediblər.

Ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksinin ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər. Soyqırımı qurbanlarının xatirəsi anılıb, ruhlarına dualar oxunub.

Qeyd edək ki, 1918-ci ildə təkcə Quba qəzasında 16782 nəfəri öldürülüb, 122 kənd yerlə yeksan edilib, Quba şəhərində 259 ev yandırılıb, 1800 nəfər azyaşlı isə erməni vandalizminin qurbanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti