Bakı. Trend:
Bakı Zooloji Parkında pələng balaları dünyaya gəlib.
Trend xəbər verir ki, bu barədə Bakı Zooloji Parkının sosial şəbəkə hesablarında paylaşım edilib.
Pələnglərin 1-i erkək, 2-si isə dişidir.
Çəkiləri 5.4 - 5.7 kq aralığındadır. Balalar əraziyə hələ öyrəşmədiklərinə görə, anadan ayrılmır. Qidalarını isə ana pələng öz yuvasına gətirir.
Pələng balaları 4 yaşında müstəqil həyata başlayır. Yeni doğulmuş pələng balalarının gözləri və qulaqları açılmamış vəziyyətdə olur. Bu vaxtadək onlar analarının müşahidəsi altında olurlar.
"Yeni doğulmuş pələng balalarına hələ ki, ad verilməyib, çünki onların adlarını Siz tərəfdən seçilməsini istərdik! Balalara yaraşdırdığınız adları rəy bölməsində qeyd edin, görək ən yaxşı ad təklifi kimdən gələcək", - deyə paylaşımda qeyd olunub.