...

Heydər Əliyevin 100 illiyi münasibətilə "Qala" Qoruğunda ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2023 14:22 (UTC +04:00)
Heydər Əliyevin 100 illiyi münasibətilə "Qala" Qoruğunda ağacəkmə aksiyası keçirilib (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevln anadan olmasının 100 illiyi münasibətilə "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ağacəkmə aksiyası keçirilib.

Trend-in məlumatına görə, aksiyada İçərişəhər və Qala qoruqlarının sakinləri, “İçərişəhər” DTMQ İdarəsinin rəhbərliyi və əməkdaşları, "Qoru" Gənclər Təşəbbüs qrupunun üzvləri iştirak ediblər.

Aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Heydər Əliyevin əziz xatirəsini yad etmək, eyni zamanda ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti