...

149 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik ediləcək

Cəmiyyət Materials 20 Aprel 2023 16:59 (UTC +04:00)
149 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik ediləcək
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərində keçiriləcək “Azərbaycan Qran Pri ” yarışları ilə əlaqədar olaraq 2023-cü ildə tam bağlanacaq yollara görə (tam məhdudiyyət tətbiq ediləcəyi halda) 149 nömrəli marşrutun hərəkət sxemində dəyişikliklərin edilməsi planlaşdırılır.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, 149 nömrəli marşrut üzrə avtobuslar alternativ olaraq Bakı Dairəvi Avtomobil yolu – H.Cavid prospekti – Landau küçəsi (Hüseyn Cavid parkı) – Elmlər Akademiyası metro stansiyası – Mətbuat prospekti ilə təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti