...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 20 Aprel 2023 16:50 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 140 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 89, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 31, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 8 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 958 954, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 409 746, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 515, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 597, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 096 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti