...

Zərifə Əliyevanın adı Azərərbaycan tarixinə qızıl hərflərlə yazılıb - Vüsal Quliyev

Cəmiyyət Materials 25 Aprel 2023 13:19 (UTC +04:00)
Zərifə  Əliyevanın adı Azərərbaycan tarixinə qızıl hərflərlə yazılıb - Vüsal Quliyev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı: Trend.

Zərifə Əliyevanın adı Azərbaycanın XX əsr tarixinin ən görkəmli və yaradıcı simaları sırasına qızıl hərflərlə yazılıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev deyib.

Onun sözlərinə görə, yüksək elmi nailiyyətləri, mill xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm və səhiyyə xadimi, professor Zərifə Əliyevanın adı Azərbaycanın XX əsr tarixinin ən görkəmli simaları sırasına qızıl hərflərlə yazılıb.

“Tanınmış ziyalı nəslin layiqli davamçısı, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim və xeyirxah insan kimi şərəfli bir ömür yaşamış Zərifə xanımın həyatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir.

"Həyatı hər bir alim və tibb işçisi üçün başdan-başa örnək olan akademik Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ulu Öndər Heydər Əliyevin məslək, əqidə və əməl silahdaşı, vəfalı ömür-gün yoldaşı olmuş, şəfqətli ana kimi müasir Azərbaycanın lideri, millətin müzəffərlik və qalibiyyət tarixinə yeni-yeni səhifələr yazan görkəmli dövlət xadimi, Prezident İlham Əliyevin şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayıb.

Zərifə xanım Əliyeva oftalmologiya elminin korifeyi, ziyalı və işıqlı bir şəxsiyyət olmaqla görmə problemli insanlara şəfa olan bir insan olub. Görkəmli alim və təbibin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, nailiyyətlər, bunların əsasında yaratdığı əsərlər ölkəmizdə tibb elminin parlaq səhifələridir. Şöhrəti sərhədləri aşan akademik Zərifə Əliyevanın elm və səhiyyədə iz qoyub. Xalqımız Zərifə xanım Əliyevanı, onun işıqlı obrazını özünün yaddaşına həkk etməklə, parlaq xatirəsini həmişə ehtiramla anır", deyə V. Quliyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti