...

Havanın temperaturu 5-9 dərəcə aşağı düşəcək - Xəbərdarlıq

Cəmiyyət Materials 30 Aprel 2023 13:48 (UTC +04:00)

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında aprelin 30-u axşamdan mayın 2-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 1-i səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 30-dan mayın 1-nə keçən gecə və səhər, 2-də günün birinci yarısında, 3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 2-3-də yarımadanın bəzi ərazilərində intensiv olacağı ehtimalı var. Mayın 1-i gecə bəzi yerlərdə şimşək çaxacağı ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti