...

“Avroviziya-2023” mahnı müsabiqəsinin qalibi müəyyənləşib (FOTO)

Cəmiyyət Materials 14 May 2023 03:12 (UTC +04:00)
“Avroviziya-2023” mahnı müsabiqəsinin qalibi müəyyənləşib (FOTO)

Bakı. Trend:

Liverpool Arenada 67-ci "Avroviziya-2023" Beynəlxalq Mahnı Müsabiqəsinin finalı keçirilib.

Trend-in məlumatına görə, televiziya tamaşaçılarının və "Avroviziya"da iştirak edən ölkələrin milli münsiflər heyətinin səsverməsi nəticəsində 583 xalla İsveçli müğənni Lorin olub. İkinci və üçüncü yerləri müvafiq olaraq Finlandiya (526) və İsrail (362) tutub.

Xatırladaq ki, Lorin 2012-ci ildə Bakıda keçirilən “Avroviziya 2012”də də "Euphoria" mahnısı ilə qalib olmuşdu. O, Bakıdakı uğurunu 11 il sonra yenidən təkrarlayıb.

"Avroviziya-2023" şüarı - United By Music (Musiqi ilə birləşərək). Liverpulda keçirilən müsabiqənin aparıcıları isveçli müğənni Alişa Dikson, britaniyalı aktrisa Hanna Uoddinqem, ukraynalı müğənni Yuliya Sanina və irlandiyalı teleaparıcı Qrem Norton olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti