...

Bakıda 13 yaşlı uşaq 37 yaşlı kişiyə nişanlanıb - Araşdırma başladı

Cəmiyyət Materials 16 May 2023 10:37 (UTC +04:00)
Bakıda 13 yaşlı uşaq 37 yaşlı kişiyə nişanlanıb - Araşdırma başladı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Sabunçu rayonunda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanmasıyla bağlı xəbərlər yayılıb.

Hadisə ilə bağlı Trend-ə açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.

"Araşdırmanın nəticəsindən aslı olaraq təfərrüattlar məlum olacaq", - deyə o qeyd edib.

Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu isə Trend-ə bildirib ki, hadisə barədə məlumatlıdırlar.

"Baş verən hadisə araşdırılır. Məsələ müvafiq qurumlarla birgə nəzarətdə saxlanılır", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti