...

Bank Respublika Naxçıvanda şəhid övladlarına bayram sevinci yaşadıb

Cəmiyyət Materials 1 İyun 2023 09:27 (UTC +04:00)
Bank Respublika Naxçıvanda şəhid övladlarına bayram sevinci yaşadıb

Bakı. Trend:

Ölkəmizdə bir çox sosial yönümlü layihələrin təşəbbüskarı və dəstəkçisi olan Bank Respublika, Vətən müharibəsi şəhidlərinin övladları üçün növbəti təqdirəlayiq aksiya həyata keçirib.

Belə ki, Bankın əməkdaşları “1 iyun – Uşaqların müdafiəsi Günü” ərəfəsində Naxçıvan Muxtar Respublikasında yaşayan, vətənin müdafiəsi uğrunda igidlik göstərərək şəhid olmuş əsgər və zabitlərin övladlarını ziyarət edərək, onlara müxtəlif hədiyyələr təqdim edərək bayram sevinci yaşadıb.

Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açan bankın əməkdaşları, şəhid övladlarına atalarının igidliklərinə görə qürur duymalarını və Azərbaycan xalqının hər zaman onları xatırlayacağını bildiriblər.

Keçirilən görüşlərdə Bankın nümayəndələri torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın övladlarının hər birimiz üçün əmanət olduğunu, şəhid və qazi ailələrinə Bank Respublika tərəfindən daim xüsusi diqqət və qayğı göstəriləcəyini vurğulayıblar.

Qeyd edək ki, Bank Respublika “YAŞAT” Fondu, “Silahlı Qüvvələrə Yardım Fondu” və “Qarabağ Dirçəliş Fondu”na vəsait ianə edən ilk banklardan biridir.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti