...

Türkiyə yüz ilində ölkədə hava limanlarının sayı 60-ı ötəcək - nazirlik

Cəmiyyət Materials 8 İyun 2023 08:57 (UTC +04:00)
Türkiyə yüz ilində ölkədə hava limanlarının sayı 60-ı ötəcək - nazirlik

Bakı. Trend:

Türkiyə yüz ilində ölkədə hava limanlarının sayı 61-ə yüksələcək.

Trend-in TurkicWorld-a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirliyindən bildirilib.

"Ölkədə yeni hava limanı və mövcud hava limanlarının genişləndirilməsi layihələrinə ümumilikdə 3,2 milyard dollar sərmayə qoyulacağı gözlənilir." - deyə açıqlamada qeyd edilib.

Məlumatda o da qeyd edilib ki, məqsədə uyğun olaraq, beynəlxalq standartlarda, keyfiyyətli, effektiv, komfortlu, yüksək səviyyəli kadrlara əsaslanan ətraf mühitə uyğun infrastruktur və sistemlərlə mülki aviasiyanın davamlı inkişafına xidmət edən, bütün şəriklər üçün açıq və qlobal miqyasda rəqabət gücünə malik sektorda lider halına gətiriləcək.

"Bununla yanaşı, Türkiyənin logistik bazaya çevrilməsi hədəfinə uyğun olaraq, 2023-cü ildə dəmir yollarının nəqliyyat investisiyalarında olan payı isə yüzdə 60 faizə çatacaq. Sürətlə davam edəcək dəmir yolu investisiyaları çərçivəsində 4 min 244 kilometr yüksək sürətli qatar xətti və 545 kilometr şərti qatar xətti inşa ediləcək." - deyə nazirlikdən bildirilib.

Bundan əlavə, 2028-ci ilə qədər İstanbul-Ankara Super Sürətli Qatarının açılması da hədəflənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti