...

Xaçmazda “Son Zəng” keçirilib (FOTO)

Cəmiyyət Materials 14 İyun 2023 13:28 (UTC +04:00)
Xaçmazda “Son Zəng” keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Cəfər Cabbarlı adına Xaçmaz şəhər 6 saylı tam orta məktəbdə təşkil olunan “Son Zəng” tədbirində iştirak edib.

Elnur Rzayev məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən və bu sahədə rayonda həyata keçirilən layihələr barədə danışıb, müstəqil həyata qədəm qoyan məzunlara ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək işlərdə fəal iştirak edəcəklərinə inandığını bildirib.

Tədbirdə çıxış edən şəhid anası Validə Hacıyeva məktəb illərinə əlvida deyən məzunlara bundan sonrakı həyatlarında müvəffəqiyyətlər arzulayıb və onlara göstərilən etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.

Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Respublika fənn olimpiyadasında və Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında yüksək nəticə göstərən məzunlara diplomlarla təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti