...

Yay Olimpiya Oyunlarına lisenziya qazandığım üçün xoşbəxtəm - Məhəmməd Abdullayev

Cəmiyyət Materials 2 İyul 2023 18:04 (UTC +04:00)
Yay Olimpiya Oyunlarına lisenziya qazandığım üçün xoşbəxtəm - Məhəmməd Abdullayev
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Polşa. Trend:

III Avropa Oyunlarında finaladək irəlilədiyim və Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandığım üçün xoşbəxtəm.

Trend-in məlumatına görə, bunu jurnalistlərə müsahibəsində III Avropa Oyunlarında boks yarışının gümüş medalçısı Məhəmməd Abdullayev (+92 kq) deyib.

Finalda böyük britaniyalı Delişes Oriyə məğlub olaraq ikinci yeri tutan dünya çempionatının mükafatçısı bildirib ki, həlledici görüşdə iştirak etməyin özü də bir fəxrdir: “Əlimdən gələni etdim. Etiraf edim ki, yorğunluq var idi. Əsas məqsədim Paris-2024 Yay Olimpiya Oyunlarında bunun əvəzini çıxmaq və qızıl medal qazanmaqdır. Zədələrim mənə çox çətinlik yaratdı. Hər döyüşdə zədələrim açılır və qanayırdı. Olimpiadaya hazırlıq üçün Azərbaycan Boks Federasiyası xüsusi plan hazırlayacaq. Mən bildirim qədər, ABŞ və digər ölkələrdə təlim-məşq toplanışları təşkil olunacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti