...

Bu il Azərbaycanda ölüm göstəricisi azalıb

Cəmiyyət Materials 5 İyul 2023 19:19 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 21205 ölüm halı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 7,2-dən 6,4-ə düşub.

Həmçinin qeyd olunan dövr ərzində ölkə üzrə 37159 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,1-dən 11,1-ə düşüb.

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı 2023-cü il may ayının 1-i vəziyyətinə 10143521*) nəfər təşkil etmişdir. Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Xəbər lenti

Xəbər lenti