...

Bakıdakı özəl İran klinikası BAĞLANDI (FOTO/VİDEO)

Cəmiyyət Materials 13 İyul 2023 15:41 (UTC +04:00)
Bakıdakı özəl İran klinikası BAĞLANDI (FOTO/VİDEO)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Bakıdakı klinikası bağlanıb.

Klinikaya müraciət edən əməkdaşlarımız klinikanın bağlı olduğunu müşahidə ediblər. Sakinlərin sözlərinə görə, sözügedən İran klinikası mart ayından fəaliyyətini dayandırıb.

Trend-in əməkdaşları yaxınlıqda fəaliyyət göstərən obyekt sahiblərindən də klinikanın bağlanıb-bağlanmadığını dəqiqləşdirib. Hər kəs eyni sözü deyib: Klinika bağlanıb!

Klinikanın görüntülərindən də aydın görünür ki, adı (İran klinikası) tamamilə divardan sökülüb.

Qeyd edək ki, klinikanın iş nömrələri ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz nəticəsiz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti