...

ƏƏSMN hazırladığı hüquqi aktların sayını açıqladı

Cəmiyyət Materials 20 İyul 2023 11:07 (UTC +04:00)
ƏƏSMN hazırladığı hüquqi aktların sayını açıqladı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 217 normativ hüquqi akt layihəsi hazırlanıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yeni normativ hüquqi akt layihələri sosial islahatların həyata keçirilməsinə, sosial müdafiə sisteminin gücləndirilməsi və aktiv məşğulluq proqramlarının genişlənməsinə xidmət edir.

Bununla, həmçinin, əmək və məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində normativ hüquqi bazanın təkmilləşdirilməsi təmin olunur.

Ümumilikdə son beş ildə Nazirlik tərəfindən 2 min normativ-hüquqi akt layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti