...

DYP-dən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Cəmiyyət Materials 28 İyul 2023 17:20 (UTC +04:00)
DYP-dən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi​ gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

Trend xəbər verir ki, İdarə verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması məqsədi ilə hərəkət iştirakçılarına müraciət edərək, onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edib.

"Xatırladırıq ki, küləkli havada nəqliyyat vasitələri sürüşmə, uçma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər", - məlumatda deyilir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, iyulun 29-dan 30-u səhərədək ölkə ərazisində hava şəraitinin güclü küləklə müşahidə olunan dəyişməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti