...

Bu tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadıldı

Cəmiyyət Materials 2 Avqust 2023 09:31 (UTC +04:00)
Bu tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadıldı
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti oktyabrın 2-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl bu müddət iyulun 1-dək idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti