...

İsmayıllı, Qax və Ağstafada qanunsuz kömür quyuları aşkarlandı

Cəmiyyət Materials 5 Avqust 2023 13:41 (UTC +04:00)
İsmayıllı, Qax və Ağstafada qanunsuz kömür quyuları aşkarlandı

Bakı. Trend:

İsmayıllı, Qax və Ağstafada qanunsuz kömür quyuları aşkarlanıb.

Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, Dövlət Xidmətinin əməkdaşları "Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində İsmayıllı rayonunun Müşkəmir, Tircan, Qax rayonunun Şotavar kəndlərində və Ağstafa rayonunun Vurğun qəsəbəsində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib:

"Araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin İsmayıllı rayon sakinləri Abil Mehdiyev, Vaqif Osmanov, Qax rayon sakinləri Yaşar Balayev, Rafail Məcidov və Ağstafa rayon sakini Səməndər Əliyev olduğu müəyyən edilib. Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilib, qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti