...

Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər nazirinə başsağlığı verib

Cəmiyyət Materials 5 Avqust 2023 16:06 (UTC +04:00)
Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər nazirinə başsağlığı verib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Gürcüstanın Raça regionunun Şovi bölgəsində baş vermiş güclü torpaq sürüşməsi ilə əlaqədar Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauriyə başsağlığı məktubu göndərib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Raça regionunun Şovi bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti