...

Kişi həbsdəki oğluna "xüsusi" üsulla narkotik keçirmək istədi

Cəmiyyət Materials 21 Avqust 2023 13:05 (UTC +04:00)
Kişi həbsdəki oğluna "xüsusi" üsulla narkotik keçirmək istədi

Bakı. Trend:

Gəncədə kişi həbsdə olan oğluna narkotik keçirməyə cəhd edib.

Trend xəbər verir ki, şəhər sakini Suliddin Abdullayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında cəza çəkən oğlu Mirzəxan Abdullayevə sovqat gətirib.

Sovqat yoxlanılan zaman qara rəngli kişi alt geyiminin yuxarı hissəsində xüsusi qaydada gizlədilmiş narkotik vasitəyə bənzər maddə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti