...

Bakıda təcridxanaya mobil telefon keçirilməsinin qarşısı alınıb (FOTO)

Cəmiyyət Materials 25 Avqust 2023 19:32 (UTC +04:00)
Bakıda təcridxanaya mobil telefon keçirilməsinin qarşısı alınıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2 saylı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Belə ki, məhkum Mirhadı Mirtağı oğlu Bağırovla görüşə gəlmiş qohumu Kamran Səfər oğlu Yusifovun üzərinə baxış keçirilən zaman ayaqqabısının içərisində gizlədilmiş mobil telefon aparatı aşkar olunub.

Bununla yanaşı, 8 saylı cəzaçəkmə müəssisəsinə mobil telefonlar keçirilməsinin qarşısı alınıb.

Məhkum Nizaməddin Xanhüseyn oğlu Ağayevə anası Xatəmə Əlibəndə qızı Ağayevanın gətirdiyi sovqatdakı qazanın içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd mobil telefon aparatı aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti