...

Üç azyaşlı xilas edilib - FHN

Cəmiyyət Materials 26 Avqust 2023 11:37 (UTC +04:00)
Üç azyaşlı xilas edilib - FHN
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən sutka ərzində 47 halda yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas olunub.

Ümumilikdə, FHN-in qüvvələri ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı üç azyaşlını xilas ediblər. Paytaxtın Sabunçu rayonunda bağlı qapı arxasında aşkarlanan bir cəsəd aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Kür çayının Zərdab rayonunun Təzəkənd kəndindən keçən hissəsində batması ehtimal olunan bir uşağın axtarışlarına dalğıc-axtarış qrupu cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti