...

Nazir Şəkidə qəbul keçirdi (FOTO)

Cəmiyyət Materials 31 Avqust 2023 19:20 (UTC +04:00)
Nazir Şəkidə qəbul keçirdi (FOTO)

Bakı. Trend:

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Şəki şəhərində, nazirliyin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Şəki və Qax rayonlarının sakinlərinin qəbulunu keçirib.

Trend xəbər verir ki, əvvəlcə nazir K.Heydərov xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Şəki və Qax rayonlarının sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti