...

Cəbrayılda tikinti-söküntü tullantılarının təkrar emalına başlanıldı (VİDEO)

Cəmiyyət Materials 6 Sentyabr 2023 09:59 (UTC +04:00)
Cəbrayılda tikinti-söküntü tullantılarının təkrar emalına başlanıldı (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Cəbrayıl rayonunun Horovlu kəndinin bərpa və yenidən qurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb.

Trend xəbər verir ki, bu məqsədlə rayon ərazisində tikinti-söküntü tullantılarının təkrar emal edən avadanlıqlar quraşdırılıb.

Təkrar emal nəticəsində tikintidə istifadə edilə bilən materiallar əldə olunur. Bu materiallardan inşaat zamanı yol yataqlarında, beton işlərində, alt dolğu işlərində səmərəli istifadə ediləcək.

Bu yanaşma tullantıların poliqona aparılmadan emalı üçün imkan yaradır. Həmçinin, təbii ehtiyatların səmərəli istifadəsinə və ətraf mühitə mənfi təsirinin azaldılmasına töhfə verir.

Bundan başqa, təkrar emal vasitəsilə maliyyə vəsaitlərinə də qənaət ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti