...

Türk dövlətləri ərazilərində təbii fəlakətlərlə bağlı birgə mərkəzlər yaradılacaq

Cəmiyyət Materials 7 Sentyabr 2023 12:29 (UTC +04:00)
Türk dövlətləri ərazilərində təbii fəlakətlərlə bağlı birgə mərkəzlər yaradılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasının bu gün keçirilən iclası hər hansı bir üzv dövlətlərin ərazisində təbii fəlakət baş verərsə, həmin ölkələrin xilasediciləri müəyyən vaxt gözləmədən orada iştirak etməsi və yaradılacaq mərkəzlərlə bağlı idi.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib.

Nazir qeyd edib ki, təşkilatın növbəti iclası bir müddət sonra Qazaxıstanda olacaq:

"Orada zirvə toplantısı olacaq və sənədlər imzalanacaq. Bir neçə yerdə mərkəzlər olacaq. Bu, üzv dövlətlərin ərazilərində yerləşəcək".

Qeyd edək ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclası keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti