...

Şahin Seyidzadə UNESCO Ümumdünya İrs Komitəsinin 45-ci Sessiyasında iştirak edir

Cəmiyyət Materials 11 Sentyabr 2023 19:35 (UTC +04:00)
Şahin Seyidzadə UNESCO Ümumdünya İrs Komitəsinin 45-ci Sessiyasında iştirak edir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Ər-Riyad şəhərində UNESCO Ümumdünya İrs Komitəsinin Genişləndirilmiş 45-ci Sessiyasında iştirak edir.

Trend xəbər verir ki, 10-25 sentyabr tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində UNESCO Ümumdünya İrs Komitəsinin Genişləndirilmiş 45-ci Sessiyası keçirilir. Tədbirdə ölkəmizin adından iştirak edən nümayəndə heyətinin tərkibində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsini İdarə Heyətinin sədri Şahin Seyidzadə təmsil edir.

Sessiya çərçivəsində 1972-ci il Mədəni və Təbii İrsin Qorunması üzrə UNESCO Konvensiyasının effektiv icrası, irs abidələrinin mühafizəsi və digər cari məsələlər müzakirə olunur.

Şahin Seyidzadə Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) Baş direktoru Vebber Ndoro ilə iş görüşməsini keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti