...

Ağstafada meliorativ tədbirlər davam edir

Cəmiyyət Materials 15 Sentyabr 2023 03:57 (UTC +04:00)
Ağstafada meliorativ tədbirlər davam edir

Bakı. Trend:

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Sumqayıt Melioservis İdarəsi hazırda ölkənin müxtəlif istiqamətlərində meliorativ tədbirlərini davam etdirir.

Trend xəbər verir ki, idarənin gördüyü işlərdən biri də Ağstafa rayonu ərazisindədir.

Rayonun Qıraqkəsəmən kəndində, Kür çayı üzərində quraşdırılmış nasos stansiyada abadlıq işlərinin görülməsinə idarənin əməkdaşları və texnikası cəlb olunub. Abadlıq işləri üçün mal-material alınıb və hazırda materialların daşınması və eynilə istinad divarının suvanması və boyanması sürətlə davam edir. Nasos Stansiya vasitəsilə əvvəllər suvarılmasında çətinlik olan 250 hektar əkin sahəsi asanlıqla suvarılacaq.

Qeyd edək ki, Sumqayıt Melioservis İdarəsi Ağstafa rayonunda iki müxtəlif istiqamətdə, paralel olaraq Qazax rayonunda da meliorativ tədbirlərini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti