...

Qazaxıstanda MDB-nin daxili işlər nazirləri şurasının növbəti iclası keçirilib

Cəmiyyət Materials 16 Sentyabr 2023 12:32 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 15-də Qazaxıstanın Türküstan şəhərində MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

İclasda birlik ölkələrinin Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın prioritet məsələlərinə baxılıb, birgə əməliyyat-profilaktik tədbirlərin və xüsusi əməliyyatların nəticələri müzakirə edilib.

Şura iclası transmilli cinayətkarlığa qarşı mübarizədə MDB iştirakçısı olan dövlətlərin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair sənədlərin imzalanması ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti