...

POS-terminallar niyə azalır? İş adamlarının yeni fırıldaqçılıq üsulu

Cəmiyyət Materials 29 Sentyabr 2023 20:20 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin sentyabr ayının 1-nə Azərbaycanda quraşdırılmış POS-terminalların ümumi sayı 81 219 ədəd təşkil edib. Bu göstəricinin həcmi ötən ayla müqayisədə 2.2% və ya 1861 ədəd azalıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, nağdsiz ödənişlərin təşviq edilməsi baxımından POS-terminalların azalması arzuolunan deyil.

“POS-terminallar bank kartlarının istifadəsi baxımından çox vacibdir. POS-terminalların sayının azalması güman olunur ki, bəzi kiçik və orta sahibkarlıq subyektlərinin bağlanması və ya birləşməsi ilə bağlıdır. Düzdür, ümumi sayda kəskin azalma yoxdur, amma nəzərə almaq lazımdır, sahibkarlıq subyektlərinin sayı dəyişdikcə POS-terminalların sayına və ya POS-terminallara tələbə təsir göstərir”, - deyə o, qeyd edib.

Deputat vurğulayıb ki, POS-terminallarla bağlı ən ciddi çətinliklərdən biri mövcud bir hissəsinin pasiv, yəni istifadə olunmamasıdır.

“Bir sıra xidmət və ya satış obyektlərində POS-terminallar quraşdırılsa da, onlardan istifadə olunmur, vətəndaş bank kartından istifadə etmək istəyən zaman POS-terminalın işləmədiyi deyilərək bank kartı ilə ödəniş qəbul edilmir.

Eyni zamanda POS-terminalların böyük bir qismi paytaxtın payına düşür. Hər üç POS-terminaldan ikisi Bakının payına düşür. Bu da regionlarda bank kartlarından istifadəni məhdudlaşdırır. Ona görə də bir tərəfdən mövcud quraşdırılmış POS-terminallardan istifadəyə nəzarətin gücləndirilməsi, digər tərəfdən isə regionların daha çox POS-terminallarla təmin edilməsi vacibdir”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, ölkə üzrə mövcud POS-terminalların 55 263 ədədi və ya 68%-i Bakıda, 25 956 ədədi və ya 32%-i isə regionlarda yerləşir. Cari iln sentyabr 1-nə ölkədə mövcud olan POS-terminalların 78 473 ədədi pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Bu da aylıq müqayisədə bu POS-terminalların sayında 2 121 ədəd və ya 2.6% azalma deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti