...

Şahbuzda su anbarında meyit tapıldı

Cəmiyyət Materials 21 Oktyabr 2023 17:34 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Şahbuz rayonu ərazisində yerləşən su anbarında meyit aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Naxçıvan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şahbuz rayonu ərazisində yerləşən Heydər Əliyev su anbarında meyit aşkarlanıb.

Qeyd edilib ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri nəqliyyat yolu olmayan əraziyə cəlb olunub.

Meyit xidmətin sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri tərəfindən qayıq vasitəsilə su anbarının nəqliyyat vasitəsinin yaxınlaşa biləcəyi sahilinə keçirilib və aidiyyatı üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti