...

Bakı aeroportuna gedən avtobusların hərəkət qrafiki dəyişdi

Cəmiyyət Materials 3 Noyabr 2023 12:41 (UTC +04:00)
Bakı aeroportuna gedən avtobusların hərəkət qrafiki dəyişdi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“BakuBus” MMC Heydər Əliyev Beynəlxalq Hava Limanına hərəkət edən ekspres avtobus marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edib.

Trend xəbər verir ki, bu barədə “BakuBus” MMC məlumat yayıb.

Bildirilib ki, “Hava limanı – “Koroğlu” metro stansiyası – “28 may” metro stansiyası” marşrutu üzrə fəaliyyət göstərən “Aeroport Express” noyabrın 1-dən etibarən 30 dəqiqə hərəkət intervalı ilə gecə saat 01:00-ə qədər fəaliyyət göstərməyə başlayıb.

İndiyə qədər həmin avtobuslar 1 saatlıq intervalla saat 06:00-dan 00:00-a qədər xidmət göstərirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti