Bakı. Trend:
Minaların təsiri həqiqətən də dağıdıcıdır, insanlar həyatlarını itirir və ya ömürlük əlil qalır.
Trend-in məlumatına görə, bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O qeyd edib ki, Vətən müharibəsi başa çatandan bu günədək 336 insan partlayıcı sursatların qurbanına çevrilib, onlardan 65-i həyatını itirib, 271-i isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Xatırladaq ki, ötən ay işğaldan azad edilmiş ərazilərdə 1695 mina aşkarlanıb. Oktyabrın 1-dən 31-dək 928 tank əleyhinə mina, 767 piyada əleyhinə mina, 8537 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 6687,4 hektar ərazi minadan təmizlənib.