...

Masazırda duz gölünün yaxınlığında 3 ədəd əl qumbarası aşkarlandı (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2023 18:30 (UTC +04:00)
Masazırda duz gölünün yaxınlığında 3 ədəd əl qumbarası aşkarlandı (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Masazırda Duz gölünün yaxınlığında 3 ədəd əl qumbarası aşkar edilib.

Trend DİN-in Mətbuat xidmətinə istinadən bildirir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçiridikləri növbəti tədbir nəticəsində Masazır qəsəbəsi, Duz gölünün yaxınlığında 3 ədəd əl qumbarası alışqanları ilə birlikdə aşkar edilib. Qeyd edilən sursat təhlükəsizlik tədbirləri görülərək həmin ərazidən götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti