...

Xaçmazda polis sənədsiz silah-sursat aşkarladı

Cəmiyyət Materials 23 Noyabr 2023 20:51 (UTC +04:00)
Xaçmazda polis sənədsiz silah-sursat aşkarladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz polisi sənədsiz silah-sursat aşkarlayıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 3 ədəd müxtəlif markalı tüfəng təhvil götürülüb.

Bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində 1 ədəd “AK-74” markalı avtomat, eləcə də 6 ədəd patron darağı və 194 ədəd güllə aşkar ediblər.

Faktlar üzrə Xaçmaz RPŞ-də müvafiq araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti