...

Cəlilabadda Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2023 10:02 (UTC +04:00)
Cəlilabadda Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası təşkil olunub.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, rayon ərazisində keçirilən ağacəkmə aksiyasında RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev, polis əməkdaşları və rayonun digər hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Ərazidə abadlıq və təmizləmə işləri aparıldıqdan sonra polis əməkdaşları ağac tinglərini əkib, onların suvarılmasını təmin ediblər. Ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırıblar. Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti