...

Bizə bu günləri yaşatdığı üçün Ali Baş Komandanımızla fəxr edirik – Füzuli sakini

Cəmiyyət Materials 27 Noyabr 2023 08:17 (UTC +04:00)
Bizə bu günləri yaşatdığı üçün Ali Baş Komandanımızla fəxr edirik – Füzuli sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bizə bu günləri yaşatdığı üçün Ali Baş Komandanımızla fəxr edirik.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Abbasova Narıngül deyib.

Onun sözlərinə görə, Füzuli azad edildiyində sevincinin həddi-hüdudu yox imiş.

“Bizi evlə təmin etdiyi üçün Ali Baş Komandanımıza, dövlətimizə təşəkkür edirik. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can-sağlığı versin.

Füzulini acı hisslərlə tərk etmişik. Qaçqınlıq dövründə yaxınlarımızı itirmişik. Allah bir də Azərbaycan xalqına acı günlər yaşatmasın. Hər kəsin öz doğma yurdunda yaşamasını diləyirəm.

Hazırda oğlumun köçü üçün Füzuliyə gedir, dekabrın 7-də isə özüm də Füzuliyə köçəcəyəm”, - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün də daxil olmaqla Füzuli şəhərində 308 ailənin, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər lenti

Xəbər lenti